Azərbaycanda 3-otaqlı ev kül oldu

3 Noyabr 2014 12:41
Göyçay rayonunda fərdi yaşayış evi yanıb. 

Milli.Az EL TV-yə istinadən bildirir ki, hadisə ötən gün axşam saatlarında Göyçayın Ləkçiplaq kəndində qeydə alınıb.

Kənd sakini, 1970-ci il təvəllüdlü Asif Mirsahab oğlu Əzizova məxsus, ümumi sahəsi 150 kvadratmetr olan birmərtəbəli evdə baş verən yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Göyçay Dövlət Yanğından Mühafizə hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvə cəlb edilib. Hadisə zamanı 3-otaqlı ev içərisindəki əşyalarla birgə tamamilə yanaraq yararsız hala düşüb.

Hadisə zamanı xəsarət alan olmayıb. Alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.

Milli.Az