"Mütləq "Qarabağ"a qalib gəlməliyik"

3 Noyabr 2014 15:21
"İndi bizi ancaq "Qarabağ"la görüş düşündürür. Qarşımızda duran əsas məsələ "Qarabağ"la səfər oyunudur".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Denpr" klubunun futbolçusu Artyom Fedetski Ukrayna çempionatında Kiyev "Dinamo"suna məğlub olduqları (0:3) oyundan sonra deyib.

Yerli mətbuata açıqlamasında təcrübəli müdafiəçi qrup mərhələsindən çıxmaq üçün mütləq Bakıdakı oyunda qalib gəlməli olduqlarını vurğulayıb: "Azərbaycana yalnız qələbə üçün gedirik. Əgər Avropa Liqasında mübarizəmizi davam etdirmək istəyiriksə, mütləq "Qarabağ"a qalib gəlməliyik".

Qeyd edək ki, noyabrın 6-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Dnepr" oyunu saat 21:00-da başlayacaq.

Milli.Az