Janna Friske sağaldıqdan sonra ilk müsahibəsini verdi
3 Noyabr 2014 12:17
Məşhur rusiyalı müğənni Janna Friske ABŞ-da müalicə alıb vətənə döndükdən sonra ilk müsahibəsini verib. Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, o, hələ də xərçənglə mübarizə apardığını bildirib.
"Hələ tam sağalmamışam. Çox sağ olun, indi özümü yaxşı hiss edirəm", - müğənni NTV telekanalındakı "Ты не поверишь!" ("İnanmazsan!") verilişinə bildirib.
Qeyd edək ki, Janna Friske beyin xərçənginə yoluxduğu üçün Almaniya, Çin və ABŞ-da müalicə olunub. Bir müddət əvvəl həkimlər onun yaşamayacağı proqnozunu vermişdilər.
Milli.Az