"Barselona"nın şikayətinə Lozannada baxacaqlar

3 Noyabr 2014 12:58

Lozannada yerləşən İdman Arbitraj Məhkəməsində (CAS) FİFA-nın "Barselona" klubuna qoyduğu transfer qadağası ilə bağlı apellyasiya şikayətinə baxılacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu müraciət üzrə toplantı dekabrın 4-5-də baş tutacaq.
 

Qeyd edək ki, FİFA 2016-cı ilin yanvarına kimi katalon klubuna transfer etməyə qadağa qoyub. Bunun səbəbi kimi 3 gənc futbolçu ilə müqavilə imzalanarkən reqlamentin pozulmasıdır. "Barselona" isə bu qadağanın müddətini 2015-ci ilin yayına qədər azaltmağa çalışır.

Milli.Az