Viktoriya Bekhem ən yaxşı biznesvumen oldu - FOTO

3 Noyabr 2014 22:22
Britaniyanın Management Today nəşri ölkənin 100 ən yaxşı iş adamlarının növbəti reytinqini açıqlayıb.

Milli.Az Times-a istinadən bildirir ki, reytinqdə yer almış 15 qadın arasında Devid Bekhemin xanımı, dizayner Viktoriya Bekhem də var.
 

Son 5 ildə V.Bekhemin biznesində satışların həcmi 2900 faiz artıb. Biznesvumen olmuş Viktoriya şirkətinin illik dövriyyəsini 1 milyon funt-sterlinqdən 30 milyon funta, işçilərinin sayını isə 3 nəfərdən 100 nəfərə çatdırıb.
 

Viktoriya Bekhem Londonun dəbdəbəli Meyfeyr səmtində sahəsi 550 m2 olan "Victoria Beckham" butiki açıb.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.