Bakıda Aşura XƏBƏRDARLIĞI

3 Noyabr 2014 12:05
Aşura mərasimləri ilə əlaqədar Bakı şəhərində yerləşən məcsidlər və onlara bitişik yollar istiqamətində bütün avtomobil vasitələrinin hərəkəti məhdudlaşdırılacaq, istiqamət dəyişdiriləcək.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məlumat verib.

Bakı yol polisi avtomobil sahiblərinin və sürücülərin nəzərinə çatdırır ki, məscidlər boyu hərəkət edənlərin, ümumiyyətlə, bütün tədbir iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi, yol hərəkətində rahat, fasiləsiz və təhlükəsiz hərəkətin təşkil edilməsi məqsədilə bu istiqamətlərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsin.

V.Əsədov qeyd edib ki, məscid və ziyarətgahlarda keçiriləcək tədbirlərə qatılmaq istəyənlərə ictimai nəqliyyat vasitələrinin köməyi ilə hərəkət etmək tövsiyə edilir: "Tədbirlər başa çatdıqdan sonra məscidlərin yerləşdiyi ərazi boyu hərəkət tam bərpa ediləcək.

Qeyd edək ki, bu il Aşura günü noyabrın 4-nə təsadüf edir.

Xatırladaq ki, Aşura günü ilə bağlı Azərbaycan polisi gücləndirilmiş iş rejimində çalışacaq.

Milli.Az