Rəqqasə Fatimə: "Azərbaycanı yalnız mən təmsil edirəm"
3 Noyabr 2014 14:06
Azərbaycanın tanınmış rəqqasəsi Fatimə Fətəliyeva Hindistanda keçirilən "Udbhav international Dance Carnival" festivalına qatılıb
Hazırda Hindistanda olan rəqqasə təəssüratlarını Milli.Az-la bölüşüb:
"Artıq bütün komanda heyətimizlə Hindistandayıq. Bizi burada çox yaxşı qarşıladılar. Bu gün festivalın açılışı olacaq. Bundan əlavə, 6 qala-konsert keçiriləcək. Açığını deyim, Azərbaycan milli rəqslərinə xüsusi bir diqqət gördüm.
Sözügedən festivalda Azərbaycandan savayı, Rusiya, Qırğızıstan, Bolqarıstan və bir sıra ölkələrdən iştirakçılar qatılıblar. Azərbaycanı yalnız mən təmsil edirəm. Çox məsuliyyətli bir işin altına girmişəm. Açığı, çox həyəcanlı və sevincliyəm. İnanıram ki, yaxşı nəticə ilə Azərbaycana qayıdacam". Milli.Az