Məhkum xəstəlikdən öldü

3 Noyabr 2014 12:03

Azərbaycanda daha bir məhkum xəstəlikdən ölüb

APA-nın məlumatına görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb.

Müəssisədə müalicə olunan məhkum, 1965-ci il təvəllüdlü Bəxtiyar Rəşid oğlu Yusifov xəstəlikdən dünyasını dəyişib.

B. Yusifov bir neçə il əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək azadlıqdan məhrum edilib.

Nizami Rayon Prokurorluğundan APA-ya məhkumun ölüm faktını təsdiqləyiblər.

Milli.Az