İspaniya Primerosunda 10-cu tura bu gün yekun vurulacaq. Turun əksər oyunları isə geridə qalıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Barselona"nın məğlub olduğu həftədə "Sevilya" vahid lider olmaq şansını əldən verib. "San Mames"də "Atletik"lə çətin oyuna çıxan Əndəlus təmsilçisi minimal hesabla məğlub olub. Cari mövsümdə özünə bənzəməyən Bilbao təmsilçisininin qapısından yeganə qolu Aritz Aduriz keçirib.
Bununla da 22 xalla 5-ci yerdə qərarlaşan "Sevilya" cari mövsümdə 2-ci dəfə məğlubiyyətə uğrayıb. Unay Emerinin komandası növbəti turda "Ramon Sanchez Pisjuan"da "Levante"ni qəbul edəcək.
Milli.Az