"Röya həmişə gəlirdi evimə, bir köhnə kreslom var idi, orada otururdu..."

3 Noyabr 2014 11:16
Bəstəkar Nailə Mirməmmədli müğənniləri tələbkar olmağa səsləyib
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Hər şey daxil" verilişinin qonağı olan bəstəkar "Niyə ən yaxşı mahnılarınızı yalnız Röyaya və Niyam Salamiyə verirsiniz?" sualını belə cavablandırıb:

"Röya həmişə gəlirdi evimə, bir köhnə kreslom var idi, orada otururdu. Tərpənmirdi, evə kim gəlib-qayıtsa da, Röya getmirdi. Deyirdi, aç not dəftərini, gör orada köhnədən nələr var.

Axtarırdı, 6 il əvvəl yazdığım musiqiyə baxırdı, sözləri tutuşdururdu. Nəsə tapıb, çıxarır, oxuyurdu. Tələb edirdi. Müğənnilər də tələbkar olsunlar, istəsinlər. Mən də etiraz etmərəm".

Milli.Az