APA-nın məlumatına görə, təbii fəlakət əsasən bölgənin enerji təsərrüfatına ciddi ziyan vurub. Belə ki, ayrı-ayrı ərazilərdə aşan iri gövdəli hündür ağaclar bəzi yaşayış evlərinin dam örtüklərini dağıdıb, onlarla elektrik dirəyini aşırıb, naqilləri qırıb. Nəticədə bölgənin yüzlərlə yaşayış məntəqəsinə elektrik enerjisinin verilişində problemlər yaranıb.Ötən gecədən başlayan güclü külək və yağış ölkənin cənub rayonlarında bir sıra fəsadlar törədib