Diqqət! Şaxta olacaq - YENİLƏNİB
3 Noyabr 2014 13:25
13:25
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, noyabrın 5-dək hava şəraitinin əlverişsiz keçəcəyi, yağıntılı olacağı gözlənilir. Bəzi rayonlarda yağıntının intensivləşəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı proqnozlaşdırılır.
Qeyd edək ki, noyabrın 1-də şimal və qərb rayonlarından başlayaraq, ölkə ərazisində hava şəraiti kəskin dəyişib, temperatur 12 dərəcəyə enib.
Noyabrın 4-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlara sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 0-5, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyək isti olacağı gözlənilir.
Noyabrın 5-dən ölkə ərazisində hava şəraiti mülayimləşməyə başlayacaq.
----------
10:44
Azərbaycanda yağıntılı, çiskinli hava şəraiti davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, noyabrın 5-dək hava şəraitinin əlverişsiz keçəcəyi, yağıntılı olacağı gözlənilir. Bəzi rayonlarda yağıntının intensivləşəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı proqnozlaşdırılır.
Qeyd edək ki, noyabrın 1-də şimal və qərb rayonlarından başlayaraq, ölkə ərazisində hava şəraiti kəskin dəyişib, temperatur 12 dərəcəyə kimi enib.
Milli.Az