Azərbaycana qar yağır - YENİLƏNİB - FOTO
3 Noyabr 2014 12:42
12:42
Ötən gün güclü külək, leysan yağış Tovuzdan da yan ötməyib. Milli.Az Kəpəz Tv-yə istinadən bildirir ki, axşam saatlarından başlayaraq dağ kəndlərinə qar da yağıb. Qar daha çox Böyük Qışlaq, Çeşməli, Göyəbaxan, Pələkli kəndlərinə düşüb. Kənd sakinlərinin sözlərinə görə, adıçəkilən yaşayış məkanlarında qarın qalınlığı 8-10 sm-ə çatıb. Qarın yağması rayon kəndlərində heç bir problem yaratmayıb. Yollara qum və duz səpilib ki, bu da kəndlərə gediş-gəlişdə çətinliklər yaratmayıb.
---------
11:41
Ötən gün Azərbaycanda havanın kəskin dəyişməsi ilə əlaqədar ən çox qar Qubanın Xınalıq kəndi ərazisinə düşüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, əvvəlcədən xəbər verildiyi kimi, noyabrın 2-dən hava şəraiti dəyişib.
Lənkəran-Astara bölgəsində düşən yağıntının miqdarı 32 mm-dək olub ki, bu da aylıq normanın 78 faizini təşkil edib. Mərkəzi Aran rayonlarında aylıq normanın 125 faizi qədər - 36 mm-dək, Böyük Qafqazda aylıq normanın 43 faizi qədər - 25 mm-dək, Gəncə-Qazax aylıq normanın 87 faizi qədər - 13 mm, Naxçıvan Muxtar Respublikasında aylıq normanın 82 faizi qədər - 13 mm, Bakıda və Abşeron yarımadasında aylıq normanın 99 faizi qədər - 27 mm yağıntı düşüb.
Qar örtüyünün hündürlüyü Xınalıqda 40, Altıağacda 25, Göygöldə 23, Daşkəsəndə 18. Gədəbəydə 7 sm olub.
Ötən gün Abşeron yarımadasında və bir sıra rayonlarda güclü külək əsib. Noyabrın 2-də Bakıda və Abşeron yarınadasında minimal temperatur 4-8, Aran rayonlarında 1-7, dağlıq rayonlarda 2 dərəcəyədək şaxta, Naxçıvan Muxtar Respublikasında 4 dərəcəyədək isti olub.
----------
11:07
Azərbaycanın şimal bölgəsinin bir sıra ərazilərinə güclü qar yağıb.
APA-nın verdiyi məlumata görə, şimal bölgəsində ən çox qar Xınalıq istiqamətində qeydə alınıb. Burada qar örtüyünün qalınlığı 40-45 santimetrdir. Altıağac, Nohurdüzü, Qırızda qarın qalınlığı 20-28, Qusar rayonunun Yasab, Kuzun, Qubanın Rustovda kəndlərində 10-19 sm təşkil edir.
Dağlıq ərazilərdə temperatur mənfi 9 dərəcəyə enib.
X X X
Ötən gün günün ikinci yarısından etibarən Azərbaycanda havanın temperaturu kəskin aşağı düşüb.
Anspress-in məlumatına görə, gecə saatlarından Bakıya yağış yağsa da rayonlarda qar yağmağa başlayıb. Şamaxıya yağan qarın hündürlüyü 5 santimetrdir. Bundan başqa, Tovuz, Qazax, Daşkəsən, Quba, Qusar, Gədəbəy və digər rayonlara da qar yağıb.
Qeyd edək ki, Azərbaycan sinoptikləri hələ noyabrın 5-nə qədər ölkə ərazisində qeyri-sabit, yağmurlu hava şəraitinin üstünlük təşkil edəcəyini bildirirlər.
----------
10:46
Dünəndən Qubaya qar yağır.
Uşaqların sevinclə, böyüklərin bəzən başını bulayaraq qarşıladığı qarın yaratdığı mənzərələrin fotolarını oxucumuz Hikmət Musayev Milli.Az-a göndərib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
----------
12:25
----------
11:07
----------
10:46
Foto: Milli.Az, anspress, qafqazinfo