Məhkəmə ona soyunmağı qadağan etdi
3 Noyabr 2014 10:25
İctimai yerlərdə lüt gəzdiyi üçün dəfələrlə saxlanılan Britaniya sakini 55 yaşlı Stiven Qaf bütün məhkəmə instansiyalarında uduzub. Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Avropa İnsan Hüquqları Məhkəməsi də onun iddiasını təmin etməyib. Məhkəmənin qərarına əsasən, ictimai yerlərdə lüt gəzmək müasir cəmiyyətin bütün normalarında ziddir və başqalarını təhqid edir.
Stiven Qaf iddia edirdi ki, insanın lüt gəzməyində ayıb heç nə yoxdur. Hətta Britaniya qanunları da ictimai yerlərdə lüt gəzməyi qadağan etmir.
Qaf ictimai yerlərdə tək bel çantası və şlyapa ilə gəzdiyi üçün ümumilikdə 7 il həbsdə yatıb. Avropa Məhkəməsinin qərarı da onu fikrindən döndərə bilməyib: "İndi mənim öz bildiyimi etməkdən başqa çıxışım yoxdur.
Milli.Az