QİÇS-ə almanlar qalib gələcəklər
3 Noyabr 2014 10:13
Almaniyada fəaliyyət göstərən QİÇS xəstəliyi ilə mübarizə təşkilatı bildirir ki, 2020-ci ilə qədər Almaniyada QİÇS xəstəliyinin kökü kəsiləcək. Milli.Az-ın Rusiya mətbuatına istinadən bildirir ki, profilaktik tədbirlər sayəsində Şlezviq-Qolşteyn torpaqlarında yeni yoluxma hallarından xilas mümkün olub.
Deutsche AIDS-Hilfe (DAH) təşkilatının illik yığıncağında qarşıya məqsəd qoyulub ki, 2020-ci ilə qədər ölkədə bir nəfər də olsun QİÇS-dən əziyyət çəkən adam olmamalıdır.
Milli.Az