"Kanalesin iki qol vurması məni qorxutmur"

3 Noyabr 2014 14:09
"Xoşbəxtik, çünki uzun zamandır uğurlu nəticələr əldə edirik. Bu nəticələr komandamız üçün çox yaxşıdır. Rəqiblərimizə çoxlu qol vurmaq bizdə özümüzə inam yaradır. Artıq fərqli oyun üslubunda çıxış edirik".

Milli.Az xəbər verir ki, bu sözləri qol.az-ın müxbiri ilə söhbətində "Neftçi" klubunun hücumçusu Ernest Nfor deyib.

Azərbaycan Premyer Liqasının 11-ci turunda qalib gəldikləri AZAL-la görüş (4:0) haqda danışan E.Nfor komanda yoldaşı Denis Silva Kruzun zərbəsi zamanı topa toxunmaqla oyundan kənar vəziyyətə düşməsinə də münasibət bildirib: "Denis Silvanın zərbəsi zamanı oyundan kənar vəziyyətdə olduğumu fikirləşmədim. Mənə elə gəlirdi ki, çox yaxşı mövqedəyəm və ona görə topa başla toxundum. Bu, mənim səhvim idi. Buna görə Denisdən üzr istəyirəm. Amma yenə də Denisin qol vurmağına sevindim".

"Nikolas Kanalesin AZAL-a iki qol vurması məni qorxutmur, əksinə, bu bizi sevindirir. Futbol bir komanda oyunudur. Kanalesin vurduğu hər iki qol komandaya güc verir. Biz də gücümüzə güvənərək oynayırıq", - deyə kamerunlu futbolçu bildirib.

Milli.Az