İranlı komandir: "ABŞ hərbi gəmisini 50 saniyədə batıra bilərik"
İran İnqilab Mühafizləri Ordusunun komandiri Əli Fədəvi ABŞ-ı hədələyib.
Anspress-in Press TV-yə istinadən verdiyi məlumatına görə, Əli Fədəvi bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələri gəmilərini Fars körfəzindən geri çəkməlidir.
Fras körfəzi və Hörmüz boğazının təhlükəsizliyi barədə danışan Əli Fədəvi bəyan edib ki, bölgədə ABŞ-ın hərbi varlığının qarşısının alınması İran Hərbi Dəniz Qüvvələrinin qarşıda duran vəzifələrindən biridir.
"Körfəzdəki ABŞ hərbi gəmilərinə hücum və batırma istiqamətində bir sıra təlimlər keçirmişik. ABŞ-ın bir hərbi gəmisini cəmi 50 saniyədə batıra bilərik", - deyə Əli Fədəvi bildirib.
Komandir onu da bildirib ki, İran donanması su altında hərəkət edən gəmiləri dəqiq vurmaq üçün xüsusi raketlərə malikdir.