Merayya Keri islansa da, getmədi - FOTOSESSİYA

3 Noyabr 2014 21:14
Populyar müğənni Merayya Keri zövqlü və eyni zamanda ekstravaqant geyimləri ilə tanınır. Lakin o, ötən konsertində adətinə xilaf çıxaraq fərqli obrazda səhnəyə çıxmışdı.

Milli.Az TMZ-yə istinadən bildirir ki, Avstraliyanın Pert şəhərindəki konsertində 44 yaşlı Meraya Keri səhnəyə qızılı, qısa ətəkli və dərin dekolteli paltarda çıxmışdı.
 

Onun əlində qızıl suyuna çəkilmiş mikrofon vardı.
 

Konsert zamanı yağış başlanıb və səhnədə gölməçələr yaranıb. Lakin texniki işçilər səhnənin döşəməsini təmizləyiblər.
Keri müğənni əri Nik Kennondan boşanmağa hazırlaşması ilə bağlı xəbərləri şərh etməyib.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.