Kəndirbazlar kralı yeni rekord vurdu - VİDEO - FOTO

3 Noyabr 2014 10:21

Məşhur amerikalı kəndirbaz Nik Vallenda dünən Çikaqo şəhərində iki göydələn arasında çəkilmiş trosla heç bir sığorta olmadan yeriyib. O, 183 metr yüksəklikdə trosdan keçib.
 

Milli.Az Chicago Tribune-a istinadən bildirir ki, 35 yaşlı kəndirbazın yeni dünya rekordunu vurmasına baxmaq üçün on minlərlə insan yığışmışdı. Troslardan biri Çikaqo çayı üzərində 19 dərəcə bucaq altında idi. İkinci tros isə Marina City-nin iki göydələni arasında çəkilmişdi.

Vallenda bu "marşrut"u gözübağlı qət edib. O, trosdan keçəndən sonra gözündəki bağı açıb.
 

"Çikaqonu sevirəm və əminəm ki, Çikaqo da məni sevir", - Nik Vallenda deyib.
 

Nik məşhur kəndirbazlar ailəsinin mənsubudur. Onun babası 73 yaşında Puerto-Rikoda həlak olmuşdu. Nikin babası iki göydələn arasında çəkilmiş kanatdan keçməyə çalışmışdı.
 

"Kəndirbazlar kralı" kimi tanınan Nik Vallendanın rekordları arasında Niaqara şəlaləsi və Qrand-Kanyon üzərində çəkilmiş kanatdan keçid var.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Videonu izləmək üçün şəklə klikləyin.