Zorlamada ittiham olunan şəxsə "antik" edam cəzası

3 Noyabr 2014 09:25

Hökmü Alçevsk şəhərinin 300-ə yaxın sakini çıxardıb

Separatçı "Luqansk Xalq Respublikası"nın (LXR) xalq məhkəməsi birinci ölüm hökmünü çıxardıb.

Anspress-in məlumatına görə, ən yüksək cəza ölçüsünə zorlamada günahkar hesab edilən bir kişi məhkum edilib.

Hökmü Alçevsk şəhərinin 300-ə yaxın sakini çıxardıb. Öz mövqeyini onlar əllərini qaldırmaqla ifadə ediblər.

Daha əvvəl zorlamada ittiham olunan şübhəlinin ön cəbhəyə göndərilməsi barədə qərar verilmişdi. Hazırda hər iki ittiham edilmiş şəxs həbsdədir.

Avqustun 18-də təsdiq edilmiş Luqanskın yeni "Cinayət Məcəlləsi"nə əsasən, qadınlar, həddi-büluğa çatmamışlar və 60 yaşdan yuxarı kişilər güllələnməyə məhkum edilmirlər. Həmçinin edamın əfv edilməsi kimi ömürlük həbs və ya 25 il azadlıqdan məhrum edilmə nəzərdə tutula bilər.

Milli.Az