17 yaşlı piyadanı maşın vurdu

3 Noyabr 2014 08:59
Gəncənin Gülüstan qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, şəhər sakini Mehman Rzayev yolu keçmək istəyərəkən naməlum avtomobil tərəfindən vurulub. Yaralı ətrafdakı insanların köməkliyi ilə Gəncə Şəhər TTYX-nin travmatologiya şöbəsinə yerləşdirilib.

17 yaşlı gəncə tibbi yardım göstərilib və vəziyyəti normal olduğu üçün palataya köçürülüb. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Milli.Az