Qadın bazarında qan donduran DİALOQ...
2 Noyabr 2014 19:47
İŞİD silahlılarının sosial şəbəkələrdə yayılmış görüntüləri böyük marağa səbəb olub
Suriya və İraqda at oynadan İŞİD terror təşkilatının silahlılarının danışığını əks etdirən video yayılıb. Milli.Az lent.az-a istinadən xəbər verir ki, silahlı şəxslərin əsir götürdükləri qadınlara olan münasibətini əks etdirən videodan yezidi qadınların başına nələrin gətirildiyini müəyyən etmək olar. İŞİD-in qərargahlarından biri olduğu təxmin edilən yerdə söhbət edən silahlı əsir götürdüyü yezidi qadını digərlərinə təklif edir və bu günün (videonun lentə alındığı gün) qadın bazarlığı günü olduğunu deyir. Əsir götürdüyü qadını seks köləsi kimi digərlərinə təklif edən terrorçu yoldaşları ilə dialoqunu təqdim edirik:
- Bu gün kölə bazarı günüdür.
- Bu gün qadınları paylayacağıq. Hər kəs payına düşəni götürəcək.
- Hanı mənim yezidi qadınım? Mənimki haradadır?
- Hər kəs öz payına düşənlə istədiyini edə bilər.
- Kim köləsini satmaq istəsə, mən alaram.
Silahlıların söhbətindən məlum olur ki, qaçırdıqları qadınları öz aralarında bölüşdürən terrorçular onları bəzən silah qarşılığında satırlar. Qaçırılan qızlar arasında isə ən bahalıları mavi gözlü olanları və 15-16 yaşlılardır. Ümumiyyətlə qiymət təyin olunanda fiziki göstəricilər və yaş əsas götürülür.
Bu arada Mosulda çəkildiyi təxmin edilən digər video-görüntüdə də silahlılar əsir qadınlarla bağlı müzakirə aparırlar və burada məlum olur ki, onların arasından biri kölə qadın götürmək istəmir
- Əbu Xalid, sən kölə istəmirsən?
- Yox, istəmirəm.
- Özün bilərsən.
Ardınca isə həmin terrorçu əsir qızlardan birinin ölməsini gülə-gülə söyləyir:
- Əbu Faled, sənin yezidi qızın öldü.
Milli.Az