"Qalatasaray"ın ulduzu nişanlandı, gizləndi - FOTO
2 Noyabr 2014 19:12
"Qalatasaray"ın və Türkiyə millisinin sabiq üzvü Ümit Davala yenidən ailə həyatı qurur.
Anspress-in məlumatına görə, veteran futbolçu nişanlanıb.
Nişan mərasimi İzmirdə baş tutub. 41 yaşlı Ümit Davala 23 yaşlı Sırma Altınsoyla nişanlanaraq evlilik yolunda ilk addımı atıblar.
Qeyd edək ki, Ümit Davalanın nişanlısı Ege Universitetinin bədən tərbiyəsi fakültəsinin sonuncu kurs tələbəsidir.
Cütlük nişandan sonra da birlikdə medianın önünə çıxmayıb. Ümut Davala sosial mediadakı hesabından anası Emine Davala ilə nişanlısının fotosunu paylaşıb.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.