İŞİD İraqda 100 nəfərin qanını tökdü
2 Noyabr 2014 18:47
İŞİD radikal qruplaşmasının yaraqlıları bazar günü İraqın qərbində Anbar əyalətində Albu-Nimr qəbiləsinin təxminən 100 üzvünü öldürülüb. Trend İnterfaks agentliyinə istinadən bildirir ki, bu barədə EFE agentliyi xəbər verir.
Qəbilə nümayəndəsi Naim əl-Kaudun sözlərinə görə, ölənlər arasında qadınlar və uşaqlar var. Naim əl-Kaud vurğulayıb ki, qəbilə üzvlərinin əksəriyyəti güllələnib, bəzilərinin başları kəsilib.
Qəbilə nümayəndəsi bildirib ki, Ras-əl-Maa kəndində yaraqlılar təxminən 70 nəfər öldürüblər, o cümlədən silahlı döyüşçüləri və yerli hüquq-mühafizə orqanlarının əməkdaşlarını. Daha 30 nəfər iki həftə bundan öncə yaraqlılar tərəfindən ələ keçirilən Xit şəhərində öldürülüb.
Milli.Az