Təranə Qumral: "O sözdən qorxmuram" - FOTO
2 Noyabr 2014 18:27
Hər dəfə qalmaqallarla gündəmə gələn müğənni Təranə Qumral üçüncü dəfə nənə olub.
Təranə xanımın anspress-ə verdiyi məlumata görə, kiçik qızı Fidanın ilk övladı doğulub. Körpəyə Mirharun adı verilib. Sentyabr ayında dünyaya gələn Mirharun artıq 40 gününü başa vurub.
"El adəti ilə iki qız köçürmüşəm. Üç nəvəm var. Böyük qızım Qumralı 17 yaşında ərə vermişəm. Bir qızı, bir oğlu var. Kiçik qızım Fidanı isə bu ilin yanvar ayında gəlin köçürdüm. Maşallah, bir oğul dünyaya gətirdi. "Nənə" sözündən qorxmuram, amma nəvələrim mənə nənə demirlər. Qızlarımın dili ilə "mama" çağırırlar məni. Heç qocalmaqdan da qorxmuram. Əksinə, qocalsam, bəxtəvər olaram. O qədər xəstəliklər var ki, hər adama qocalmaq nəsib olmur".
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.