Dəməşq Universiteti yaxınlığında terror: ölənlər və yaralı var
2 Noyabr 2014 18:22
Terrorçu-kamikadze Dəməşq Universitetinin tibb fakültəsinin yaxınlığında özünü partladıb. Trend RİA Novosti agentliyinə istinadən bildirir ki, bu barədə Livanın "Əl-Mayadin" telekanalı xəbər verir.
İlkin məlumatlara görə, ən azı iki nəfər ölüb. Yaralı var.
Oktyabrın əvvəlində Dəməşq şəhərindən 160 kilometr şimalda yerləşən Hums şəhərində terror aktı nəticəsində 49 nəfər həlak olub. Onda iki minalanmış maşın partladılıb: birinci - məktəbin yanında, valideynlər uşaqlarla çıxdığı vaxtda, bir neçə dəqiqədən sonra isə partlayış xəstəxananın qarşısında baş verib.
Milli.Az