Təyyarə istirahətə gedənləri pərişan elədi

2 Noyabr 2014 17:44
Domodedovoda istirahətə uçanların ümidləri puç olub.

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, Royal Flight aviaşirkətinin Moskva-Xurqada reysi ilə uçmalı olan təyyarəsi 12 saatdır ki, havaya qalxa bilmir.

"Reys texniki səbəblərə görə gecikir", - hava limanından bildiriblər.

Plan üzrə isə təyyarə yerli vaxtla 03:45-də uçmalı idi.

Əsasən Coral Travel turoperatorunun müştəriləri olan sərnişinlər sosial şəbəkədə yazırlar ki, uçuş vaxtını bir neçə dəfə təxirə salıblar. 

"3:45-də Domodedovodan qalxmalı idik, sonra 4:30-a, 6:30-a keçirdilər. Saat 7-də isə dedilər ki, təyyarə xarab olub, - sərnişin İqor Tatarenko facebook-da yazıb. - Oturub gözləyirik ki, təyyarəni təmir eləsinlər. Məzuniyyətin bir sütkası "üfürdü"".

Tatarenko həmçinin bildirib ki, sərnişinləri otelə yerləşdiriblər.

Milli.Az