Azərbaycanlı teleaparıcı: "Hamı zəng edib deyir, niyə işdən çıxmısan?"
2 Noyabr 2014 17:30
ANS TV-də yayımlanan "Cinayət işi" verilişinin aparıcısı Rəşad Abbasov işdən ayrılması barədə yayılan xəbərlərə aydınlıq gətirib.
Aparıcı qafqazinfo-ya açıqlamasında onun işdən azad olunması barədə yayılan məlumatları təkzib edib:
"Yayılan məlumatlar kökündən düzgün deyil. Bu barədə bir neçə sayt yazıb, amma o xəbər çıxan vaxt mən efirdə olmuşam. Mən nə şifahi, nə də yazılı müraciət etmişəm. 10 ildir ki, ANS kanalında çalışıram. Elə bu gün 19:30-da "Cinayət işi" verilişini aparacam. Bu barədə açıqlama vermək istəmirdim. Amma hamı zəng edib, işdən ayrılmağım barədə soruşur. Məsələyə aydınlıq gətirmək istədim".
Milli.Az