Sevimli idmanı 8 yaşlı oğlana ölüm gətirdi

2 Noyabr 2014 16:50
Fransada hokkey matçında faciə yaşanıb

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, Fransa birinciliyi üzrə mübarizədə ikinci divizionun "Dünkerk" və "Reyms" komandalarının qarşılaşmasında başına şayba dəyən 8 yaşlı Hüqo ölüb.

L'Equipe yazır ki, təsadüfən tribunaya uçan şayba uşağa dəyib. Hüqonu əvvəlcə Dünkerkdəki, sonra isə Lilldəki xəstəxanalara aparsalar da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisə baş verəndə matçın bitməsinə 3 dəqiqə qalıbmış. Oyun dayandırılıb və qeyri-müəyyən müddətə təxirə salınıb.

Polis olayı araşdırır.

Milli.Az