"Qalatasaray"da italyan-holland davası

2 Noyabr 2014 15:48
"Qalatasaray" klubunun yarımmüdafiəçisi Uesli Sneyder  baş məşqçi Çezare Prandelliyə etiraz əlaməti olaraq  komandanın məşqini yarımçıq tərk edib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə,  hollandiyalı futbolçu baş məşqçinin ona  ikinci heyətlə məşq etməli olduğunu bildirdikdən sonra bu addımı atıb.

Prandellinin bu qərarı ilə  razılaşmayan Sneyder paltardəyişmə otağına yollanıb. Məsələyə müdaxilə edən klubun vitse-prezidenti Abdurrahim Albayrak təcrübəli futbolçunu sakitləşdirib və məşqə qaytarıb.

Prandelli isə bu səbəbdən Superliqanın son turunda "Kasımpaşa" ilə oyunda Sneyderi heyətə daxil etməyib.   

Milli.Az