Gülənin eşqinə kasıb malı yeyənlər
2 Noyabr 2014 15:28
Türkiyə baş naziri Əhməd Davudoğlunun əmri ilə sosial siyasət sahəsində Fətullah Gülənə bağlı gizli təşkilat üzvləri araşdırılır.
Milli.Az anspress-ə istinadən bildirir ki, Türkiyə baş nazirini bu addımı atmağa Ailə və Sosial Siyasət Nazirliyinin bir sıra işçilərindən gələn şikayət olub. Şikayətdə bildirilib ki, nazirliyin Fətullah Gülənə bağlı işçiləri öz tərəfdarlarına haqsız şəkildə sosial yardım edirlər.
Buna görə də baş nazir sosial yardım çərçivəsində edilən bütün bütün yardımların araşdırılmasına göstəriş verib. Göstərişdə sosial yardımların adbaad kimə verildiyi və verilmə səbəbi araşdırılacaq.
Milli.Az