Futbolda görünməmiş cəza
2 Noyabr 2014 15:19
Portuqaliyalı müdafiəçi 50 illik cəzalanıb
İsveçrə çempionatının dördüncü divizionunda mübarizə aparan "Portuqaliya" adlı klubun üzvü Rikardu Ferreyra şok cəzaya məruz qalıb.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, portuqaliyalı müdafiəçiyə 50 il futbol faəliyyəti ilə məşğul olmaq qadağan edilib. O, bu cəzaya hakimə qarşı etdiyi hərəkətlərə görə məruz qalıb. Bir oyunun gedişində Ferreyra topu əvvəlcə hakimi üzünə çırpıb. Daha sonra referini təhqir edən futbolçunun hirsi bununla da soyumayıb. Yekunda da o, su dolu vedrəni referinin başına töküb.
Bu hərəkəti səbəbindən o, İsveçrə Futbol Federasiyası tərəfindən belə ağır cəzaya məruz qalıb.
Milli.Az