23 yaşlı gənc ehtiyatsızlığın qurbanı oldu
2 Noyabr 2014 13:59
Şəmkir rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az-ın məlumatına görə, rayon ərazisində hərəkətdə olan "QAZ 53" markalı maşının yük yerində dayanan 23 yaşlı oğlan ehtiyatsızlıqdan yıxılıb. Gənc oğlan aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib.
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.
Milli.Az