Həkim məsləhəti: sızanaqdan belə qurtulun - FOTO
2 Noyabr 2014 13:36
Sızanağı sıxmaq olmaz!
Həkimlər sızanaqdan qurtulmağın daha təhlükəsiz metodunu göstərdilər.
Onlar deyirlər ki, bu metod ağrısızdır və sonradan sızanağın ətrafında qızartı yaranmasına səbəb olmur.
Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, sızanağı sıxmaq, üzərindən basmaq qətiyyən olmaz. Çoxları sızanağın ətrafındakı dərini sıxır və bununla onu zədələyirlər, qızartı, yara əmələ gəlir.
Sızanaq ona görə yaranır ki, bədən infeksiyanı xaricə "itələməyə" çalışır.
Dərini zədələməmək üçün həkimlər barmaqlardan deyil, spirtlə dezinfeksiya edilmiş iynədən istifadəni məsləhət bilirlər.
İynəni dəriyə paralel tutub sızanağı deşmək lazımdır. İynə sızanağın ağ təpəsinin içindən keçməli, sağlam dəriyə toxunmamalı və onu zədələməməlidir.
Milli.Az
Böyütmək üçün şəklə klikləyin.