Canlı efirdə "müharibə" başladı: "Təranə Qumralı ərimlə tutmuşam" - YENİLƏNİB - VİDEO - FOTO
2 Noyabr 2014 18:56
14:36
"Bu gündən etibarən onlarla müharibəyə başladım. Təranə və mənim haqqımda artıq-əskik danışanı vuracam!"
Anspress-in məlumatına görə, ANS TV-nin "Bazar səhəri" verilişində qonaq olan həyat yoldaşı və duet ortağı Təranə Qumralı müşaiyət edən Musa Musayev bu ifadələri pərdə arxasında səsləndirib. Buna səbəb isə Təranə Qumralla həmkarı Nazənin arasında yaşanan qalmalaqdır.
Rövşanə Ağasəfqızının aparıcısı olduğu verilişdə Təranə Qumral birbaşa yayımda ilyarım əvvəl Musa ilə hər kəsə məlum davalarının arxasında Nazəninin durduğunu açıqladı: "Musa ilə mən bir ailə və duet olduğumuz halda Nazənin Musanı toylara tək dəvət edir. Əlbəttə ki, Musa onun dəvətlərini qəbul etmir. Ona Musa lazımdır deyə aramızı vurmağa çalışır. Bizə qarşı qruplaşma yaradıblar, bizi vurmaq istəyirlər. Keçənilki məsələni də Nazənin düzüb-qoşmuşdu. Barəmdə Musaya pis sözlər deyərək bizi ayırmaq istəyir. Mənim ailəmi dağıtmaq istəyirlər. Lazım gəlsə, mən də onun eyiblərini deyərəm. Bu qadın özü 7 dəfə ərə gedib. İndiki ər dediyi də başqasının əridir. Yəni başqa ailənin başçısıdır".
Təranə Qumralın bu açıqlamalarından sonra Rövşanə xanım Nazənin ilə telefon bağlantısı yaratdı. Birbaşa yayıma qoşulan Nazənin həmkarını məhkəməyə verəcəyini bəyan etdikdən sonra, Təranə Qumral və Musa Musayev barəsində təhqiramiz fikirlər səsləndirdi. Bundan qəzəblənən Musa onlarla müharibəyə başladığını elan etdi: "Mən sözümü dedim, bundan sonra bizim barəmizdə bircə kəlmə pis söz işlədəni vuracam. Bəsdir artıq, mənim qarşımı heç kim ala bilməyəcək. Həbsxanaya düşməli olsam da, bunu edəcəm!"
Xatırladaq ki, dünən gecə müğənni Nazəninin prodüseri Pərviz Fəqanla Musa Musayev arasında əlbəyaxa dava olub. Arzu Mələk adlı müğənninin ad günündə yaşanan insidentdə prodüser Musa Musayevə söz atıb. Onun bu hərəkətini Musa yumruqla cavablandırıb və tərəflər əlbəyaxa dava ediblər.
---------
13:24
ANS-də yayımlanan "Bazar səhəri" verilişində ötən gecə baş verən hadisəylə bağlı şok açıqlamalar verilib.
Verilişdə qonaq olan Təranə Qumral Nazənin barədə ittihamlar səsləndirib: "Məndə hamının tərcümeyi-halı var. Nazənin yeddi dəfə ərdə olub. O, qruplaşma yaradaraq, mənim qızımın toyuna gəlməməsi üçün həmkarlarımı öyrədib. Nazənin ailəli kişiylə evlənib. Ay yazıq, sənin indi kirayədən canın qurtarıb. Amma mənim 1983-cü ildən Bakıda evim olub. Bütün Azərbaycanı vermişəm sənə, mənə bir dənəsi yetər".
Nazənin isə canlı yayıma telefon bağlantsıyla qoşularaq, şok açıqlamalar verib:
"Təranə Qumralı ərimlə tutmuşam. O, səsləndirdiyi ittihamlara görə cavab verəcək. Mənim ərim şikayətçidir. Hər şey məhkəmədə həllini tapacaq. Təranə Musanı çətir edib, hara istəyirsə, fırladır. Musanın cilovu onun əlindədir. Onlar dörd ildir ər-arvad deyillər".
Qeyd edək ki, paytaxt restoranlarının birində Arzu Mələk özünə ad günü keçirib. Mərasimdə Musa Musayevlə müğənni Nazəninin prodüseri Pərviz arasında əlbəyaxa dava olub.
----------
13:17
ANS TV-nin efirində canlı yayımlanan "Bazar səhəri" verilişində müğənni Təranə Qumralla həmkarı Nazənin arasında qalmaqal yaşanıb.
Anspress-in məlumatına görə, müğənni Təranə Qumral bir gün öncə paytaxt restoranlarının birində münaqişə yaşadığı müğənni Nazəninin ünvanına deyinərək onun yeddi dəfə ərə getdiyini söyləyib. Daha sonra verilişdə müğənni Nazənin ilə canlı bağlantı yaradılıb. Və Nazənin Təranə Qumralı məhkəməyə verəcəyini deyib. Təranə Qumral isə ona sərt ifadələrlə cavab verərək "Sən indi də evli adamla kəbin kəsdirmisən" dedikdən sonra qalmaqal daha da qızışıb. Verilişin aparıcısı onları sakitləşdirməyə çalışıb.
Qalmaqal reklam fasiləsi nəticəsində dayandırılıb.
Veriliş canlı davam edib. Az sonra Nazənin yenidən efirə qoşulub. Müğənni Musa Musayev canlı efirə çıxmağa məcbur olub.
Milli.Az
---------
18:56
----------
14:36
Böyütmək üçün şəkillərə klikləyin.