Bakı avtobusunda vəhşilik: Qoca kişini xəstəxanalıq etdilər
2 Noyabr 2014 11:58
72 yaşlı kişi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib
Bakıda 72 yaşlı kişi sərnişin avtobusundan düşərkən ağır xəsarət alıb. Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Yasamal rayonu ərazisində baş verib. Paytaxt sakini, 1942-ci il təvəllüdlü Əbülqasımov Vaqif Əmir oğlu 193 saylı xətt üzrə hərəkət edən "Daewoo" markalı avtobusdan düşmək istəyərkən yıxılıb. Belə ki, 72 yaşlı kişi Yasamal rayonu ərazisindəki dayanacaqda düşmək istəyib. Avtobusun sürücüsü qəfil qaza basıb və V.Əbülqasımov yıxılıb. Sərnişin bud sümüyünün sınığı və digər ağır xəsarətlərlə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, 193 saylı avtobus Binə ticarət mərkəzi və metronun "20 Yanvar" stansiyası arasında sərnişindaşıma ilə məşğul olur.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az