Bu kəşf alimləri qorxutdu - FOTO

2 Noyabr 2014 11:33

Ay ilə Yer arasında Günəş sisteminin digər planetləri rahat yerləşir

Yerdən Ayadək məsafə təxminən 384400 km-dir. Yəni planetimizin təbii peyki elə də uzaqda deyil.

Milli.Az Day.Az-a istinadən bildirir ki, bunu nümayiş etdirmək üçün NASA alimləri bu məsafəyə Günəş sisteminin digər planetlərini "yerləşdirməyə" çalışıblar.

Maraqlıdır ki, bu planetlər orada rahatca, hətta aralarında azacıq məsafə qalmaqla yerləşib.

"Комсомольская правда" yazır ki, bunu yoxlamaq olar: Merkurinin diametri 4879, Veneranın - 12104, Marsın - 6671, Yupiterin - 139822, Saturnun - 116464, Uranın - 50724, Neptunun - 49244 km-dir.
Toplayanda 380008 kilometr alınır. Hələ Pluton da yerləşərdi. Amma 2006-cı ildən onu artıq planet saymırlar.



İndisə alimlər baş sındırırlar: bu, təsadüfdür, yoxsa qanunauyğunluq? 

Yeri gəlmişkən belə təsadüf yeganə deyil: Ayın diametri və yerləşdiyi məkan ona Yerlə Günəş arasında olanda Günəş diskini tam örtməyə imkan verir. Bu gözəl hadisə Günəş tutulması adlanır. Əgər planetimizin təbii peyki bir az balaca və ya böyük olsaydı, bu gözəl hadisəni müşahidə edə bilməzdik.

"Cəfəngiyyata çox oxşamasına rəğmən, bunun 100 faiz anlamı olmadığını iddia etmək də düz deyil, - Lester Universitetinin fizika və astronomiya bölməsinin əməkdaşı Con Brices deyir. - Təsəvvür edək ki, planetlər doğrudan da Yerlə Günəş arasında düzülüblər. Nə olacaq? Yupiter onları "udmağa" başlayacaq. Bircə həftəyə "soracaq". Nəticədə bir nəhəng planet yaranacaq. Belə hal digər ulduz sistemlərində müşahidə olunur, onlar Qaynar Yupiter adlanır".

Alimlərin fikrincə, bizim sistemimizdə planetlərin düzülüşü istisnadır. Amma başqa yerlərdə bu hadisə, çox güman ki, olub.

Yeri gəlmişkən, alimlər Ayın yerinə başqa bir cisim olarsa, səmanın necə görünəcəyini də təxmin ediblər. Nəticə şoka salır.



Əgər Yupiter Ayın yerində olsaydı, belə olardı. O zaman Yer Yupiterin peykinə çevrilərdi.



Milli.Az