Terrorçu "səxavəti": yeni işçiyə 225 min dollar maaş

2 Noyabr 2014 10:03
İŞİD terror qruplaşmasının gəlir sahələrini idarə etmək üçün yüksək maaşla işçi axtardığı bildirilir.

Anspress-in məlumatına görə, "The Times"ın yaydığı xəbərdə terror qruplaşması 225 min dollar maaşla əlindəki neft zavodlarını işlədə bilən baş icraçı direktor axtarır.

İŞİD tərəfindən bu ilin iyun ayında İraqda qanlar bahasına əldə edilən neftlə zəngin bölgələrə nəzarət etməyin, oradakı zavodların işlərinin geriləməməsinin hal-hazırda çox vacib olduğu qeyd edilir.

Bir neçə ay bundan əvvəl İŞİD-in neft gəlirlərinə nəzər salarkən, günlük 3 miyon dollar qazandıqları deyilirdi. ABŞ və digər koalisiya ölkələrinin terror qruplaşmasına silsilə hücumları onlara mənfi təsir etməyə başlayıb.

Milli.Az