Pirlo qolla qayıtdı - VİDEO

2 Noyabr 2014 09:56
İtaliya A Seriyasının 10-cu turu "Juventus" üçün uğurlu aınıb. 3 gün əvvəl səfərdə "Genoa"ya minimal hesabla uduzan turinlilər bu tur da səfərdə meydana çıxıblar. Milli.Az goal.az-a istinadən xəbər verir ki, debütant "Empoli"nin qonağı olan "Biaconierri" ötən oyundakı məğlubiyyəti unutdura bilib.

Oyunda hesabı 61-ci dəqiqədə Andrea Pirlo açıb. Təcrübəli yarımmüdafiəçi zədəsini sağaldıb meydanlara qayıtdıqdan sonra ilk cərimə zərbəsi qoluna imza atıb. 72-ci dəqiqədə hesab arasındakı fərq 2-yə yüksəlib. Tevez cərimə meydançasının xətti üzərindən Alvaro Morataya ötürmə edib. Gənc forvard isə gözəl zərbə ilə topu tirin altına göndərib 2-0.

Empoli 0-2 Juventus
Qollar: A.Pirlo (61), A.Morata (72)

Bu nəticədən sonra 10 oyundan 25 xal toplayan "qoca senyora" prinsipial rəqibi "Roma"nın da xal itkisindən istifadə etməklə liderliyini sürdürür.




Milli.Az