Azərbaycanlı ifaçı: "Xəyanətə uğramışam"

2 Noyabr 2014 09:30
"Bu saat" verilişinə qonaq olan aşıq Samirə şəxsi həyatından söz açmağı unutmayıb.

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, asan bağışladığını deyən Samirə yalnız xəyanəti qəbul edə bilmədiyini söyləyib. Ailəsində xəyanətə düçar olduğunu bildirən sənətçi etiraflar edib.

"Çox asan bağışlayıram. Hətta yalanı belə bağışlaya bilərəm. Sadəcə həmin insana güvənə bilmərəm.  Ancaq xəyanət barədə danışmaq belə olmaz. O oldusa, artıq bitdi. Necə ola bilər ki, məni kimləsə əvəz edən insanı bağışlayım?"

Sənətçi "Sizə xəyanət ediblərmi?" sualına isə belə cavab verib.
 
"Xəyanətə uğramışam. Bağışlamışam, amma unutmamışam. Xəyanət mənim üçün bağışlanmaz bir şeydir".

Milli.Az