Bir gecədə iki nəfər bıçaqlandı
2 Noyabr 2014 09:01
Gəncənin Poçt qəsəbəsi ərazisində baş verən qanlı insidentdə şəhər sakini 23 yaşlı Rəşad Abdullayev qarın nahiyəsindən hələlik naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.
Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, baş verən digər bir cinayət hadisəsində isə 24 yaşlı şəhər sakini Mirdamət Seyfullayev döş qəfəsindən bıçaqlanıb. Hər iki yaralı yaxınlarının köməyi Gəncə Şəhər TTYX-ya çatdırılıb. Həkimlər onların vəziyyətini ağır kimi qiymətləndirirlər.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az