Azərbaycanlı ailənin kəşfi - Vollanco dili

1 Noyabr 2014 19:01
Niyaməddin Kəbirov 1976-ci ildə Quba rayonunun Qorxmazoba kəndində anadan olub. Poliqlot müəllim rus, tacik, əfqan, fars, alman və millətlər arası ünsiyyət vasitəsi olan Esperanto dillərində sərbəst danışır. Vollanco dilinə maraq isə onda 2002-ci ildən yaranıb.

Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, Vollanco dünya dili mənasını verir. Uzun illər bu sahədə araşdırmalar aparan qəhrəmanımız yeni dilin layihə formasını yaradıb. Niyaməddin Kəbirovun dediyinə görə onda belə bir istedadın olması soy kökdən gələn qeyri-adi ənənə ilə bağlıdır. Belə ki, Kəbirovlar ailəsində dünyaya gələn uşaqlar ya üçəm, ya əkiz, ya da lal doğulurlar. Amma onların hamısı fitri istedada malik olur. Qəhrəmanımızın atası Sürəddin Kəbirov 1952-ci ildə Azərbaycanda dünyaya gələn üçəmlərdən biri kimi tanınır. Tat, rus və Azərbaycan dillərində sərbəst danışan ailə başçısı mindən çox şerin müəlifidir.

Milli.Az