Azərbaycanlı müğənni: "Beş uşaq istəyirəm"

1 Noyabr 2014 19:03
Müğənni Səidə Sultan "İncə maraqlar" verilişinin qonağı olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi proqramda müzakirə edilən "Ana olmaq" mövzusuna münasibət bildirib. O, beş uşağının olmasını arzuladığını deyib:

"Əgər Allah qismət edərsə, beş uşaq istəyirəm. Heç vaxt fikirləşmirəm ki, bədən quruluşum korlanar, kökələrəm. Mənim üçün övlad daha önəmlidir. Mən heç düşünmürəm ki, maddi vəziyyətim onları böyütməyə imkan verməz".

Milli.Az