Azərbaycanlı müğənni: "Mənim arxamca danışıb..."

1 Noyabr 2014 18:17
Müğənni Günay İbrahimli paxıllığını çəkənlərə ismarıc göndərib.

Milli.Az bildiri ki, axşam.az-ın məlumatına görə, sənətçi "Star life" verilişinə açıqlamasında bunları deyib:

"Hörmət, status qazanmışam. Bununla iş bitmir. O statusu qoruyub saxlamaq çətindir. Paxıllığımı çəkənlər çoxdur. Onlara demək istəyirəm ki, belə etməyin. İstəmirəm kimsə arxamca danışsın. Bizə bu yaraşmır. Mənim arxamca danışıb, paxıllıq etməkdənsə, iş görün. Hərdən eşidirəm ki, kimlərsə hardasa danışırlar: Günay o layihəni etdi, klip çəkdirdi. Ondansa oturub fikirləşin, nə layihə edim, mahnı oxuyum ki, yaxşı alınsın".

Milli.Az