Səbinə Babayevanın boşanma xəbəri yayıldı

1 Noyabr 2014 17:40

Bu gün müğənni Səbinə Babayevanın həyat yoldaşından ayrılması ilə bağlı xəbər yayılıb

Axşam.az-ın məlumatına görə, ifaçı yazılanların yalan olduğunu deyib:

"Yanlış xəbərdir. Yalandır".
 

Qeyd edək ki, müğənni İctimai Televiziya və Radio Yayımları Şirkətinin rejissoru, eyni zamanda Azərbaycanın ev sahibliyi etdiyi "Eurovision 2012" filminin rejissoru Cavidan Şərifovla ailə həyatı qurub. Onların toyu 2012-ci il sentyabrın 26-da olub.

Müğənninin ayrılması ilə bağlı xəbəri vesti.az saytı yayıb.

Milli.Az