Xoşbəxtliyin sirri tapıldı

3 Noyabr 2014 00:15
Amerikalı alimlər iddia edirlər ki, insanın xoşbəxt və ya bədbəxt olacağı onun doğuşundan xeyli əvvəl müəyyənləşir. Ata və ananın əhvalı, onların münasibətdə olduqları dövrdə onlardan ixrac olunan kimyəvi elementlər gələcək uşağın genotipini müəyyənləşdirir.

Sağlam mühit olan evdə, valideyinlərin əhvalının və bir-birlərinə qarşı münasibətlərin müsbət olduğu şəraitdə dünyaya gələn uşaqlara müsbət enerji keçir. Neqativ əhval, ruh yüksəkliyi olmayan valideyinlərin övladları isə xoşbəxt ola bilmir.

Milli.Az Rusiya KİV-ə istinadən bildirir ki, doktor Abert Haleb Bukeyin sözlərinə görə, bizi əhatə edən bütün duyğular gələcək nəsillərimizdə izini buraxır.

Bəzən uşaq doğulduqdan sonra valideyinlərin münasibətləri korlanır, ancaq bu, uşaqların xoşbəxt olmasına təsir göstərə bilmir. Ancaq xoşbəxt bir ailədə hər zaman narazı və qaşqabaqlı bir övlad böyüyür.

İnsan beyni cinsiyyət orqanlarına da təsir göstərən kimyəvi elementlər ixrac edir. Misal üçün, endofrin maddəsi insanda xoşbəxtlik və eyforiya duyğusu yaradır.

Milli.Az