Ananın məhkum oğluna çatmayan telefon sovqatı

1 Noyabr 2014 17:17
3 saylı İstintaq təcridxanasına telefon keçirmək cəhdinin qarşısı alınıb.
Milli.Az bildirir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 3 saylı İstintaq təcridxanasında saxlanılan məhkum Əlisəfa Arif oğlu Qasımovun yanına qısamüddətli görüşə gəlmiş anası - Bakı şəhəri, 3-cü Əhmədli döngəsi, ev 3 ünvanında qeydiyyatda olan vətəndaş Mehriban Vasif qızı Qasımovanın üzərinə və gətirdiyi sovqata baxış keçirilib.
Baxış zamanı əl çantasının içərisində gizlədilmiş 1 ədəd "Samsung Duos" markalı və əynindəki şalvarın cibindən 1 ədəd "Samsung Galaxy" markalı mobil telefon aparatı, 3 ədəd "Cin" və 1 ədəd "Sim" danışıq kartı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
Qeyd edək ki, Ə.Qasımov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 69.3-cü maddələrinə əsasən azadlıqdan məhrum edilib.

Milli.Az