AXCP və Müsavat arasında çoxdandır davam edən gərginlik yenidən pik həddə çatmağa başalyıb. Əli Kərimli "Azadlıq" qəzeti vasitəsilə, İsa Qəmbər isə "Yeni Müsavat" qarşı tərəfə qarşı səlib yürüşünə başlayıb. AXCP sədri müavini Fuad Qəhrəmanlı vasitəsilə İsa Qəmbəri, Rauf Arifoğlunu, "Yeni Müsavat" qəzetini hakimiyyətə işləməkdə ittiham edir. Bu ittihamlardan qəzetin, onun baş redaktoru Rauf Arifoğlunun payına düşənlər lap çox olur. Yəqin bu səbəbdəndir ki, "Yeni Müsavat"ın dünənki sayında qəzet Əli Kərimli və Fuad Qəhrəmanlının cavab verməyə ehtiyac duyulub. "Siyasi qoturları qaşımaq mövsümü başladı" başlıqlı yazıda Əli Kərimlinin və Fuad Qəhrəmanlının ünvanına ən sərt ittihamlar səsləndirilib. Məqalədə qeyd edilir ki, AXCP sıralarında başlamış istefalar, gedənlərin Əli Kərimlini və partiya rəhbərlərini ifşa edən açıqlamaları bu təşkilatın şər makinasını yenidən işə salmasına səbəb olub. Bu cür hallarda isə AXCP rəhbərliyi diqqəti özlərindən yayındırmaq üçün adətən, Müsavatın, ya da "Yeni Müsavat" qəzetinin üstünə gəlir: "Arsenal kasad olduğu kimi, bunu icra edənlər də azsaylıdırlar. AXCP ilə Müsavatın arasını vurmaq, ana müxalifət təşkilatı olan Müsavatı gözdən salmaq, ləkələmək kimi öhdəlik götürmüş Fuad Qəhrəmanlı bəzən aylarla susur. Danışanda da, bir qayda olaraq, yalnız Müsavat Partiyasına və "Yeni Müsavat" qəzetinə qarşı danışır. Əli Kərimlinin şər makinası kimi virtual məkanda böhtan ifraz edən Fuad Qəhrəmanlı bu dəfə də şakərinə uyğun olaraq, "Yeni Müsavat" qəzetinin üstünə gəlib. Nəyə görə? Bəyin hücum bəhanəsinə nə səbəb olub? Qəzetimiz AXCP-dən istefalar barədə xəbərlər dərc edib! Bu qədər bəsit. Buna görə də yenidən hədəfə götürülmüşük. Qəhrəmanlı üçün də meydan açılıb".İki partiya arasındakı didişmələr etik çərçivəni də aşmağa başlayır