"Porsche" Azərbaycanda alıcıları çaşdırır

1 Noyabr 2014 14:03

Azərbaycanın reklam bazarında araşdırmalar aparılır

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reklam bazarında aparılmış araşdırmalar zamanı "Porsche" markalı avtomobillərin reklamlarında istehlakçıların çaşdırılmasına səbəb olan qeyri-dəqiqlik əlamətləri aşkar edilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, həmin reklamlarda "Porsche" markalı avtomobillərin digər avtomobil markalarından üstünlüyü fikrini yaradan "Porsche - ormanların padşahı" və "Porsche - komfort etalonu" məzmunlu ifadələrdən istifadə edildiyi müəyyən olunub.

Bununla əlaqədar bu reklamların sifarişçisi və həmin avtomobillərin satışını həyata keçirən "Əfəndilər" MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, bundan əvvəl "Audi", "Volkswagen" və "Mazda" avtomobillərinin reklamında da istehlakçıların çaşdırılmasına səbəb olan əlamətlər aşkar edilmişdi.

Milli.Az