Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində həmin kəndin sakini, 44 yaşlı Səlim Ağayev yaşadığı evdə yaxalanıb. Əməliyyat zamanı, həmçinin onun evinə gəlmiş müştərilər - 27 yaşlı Hikmət Ağayev və 40 yaşlı Sevinc Dadaşova da saxlanılıblar. Evə baxış zamanı 700 qram herin, 600 qram tiryək, ümumi çəkisi 200 qramdan çox olan 12 kibrit qutusuna qablaşdırılmış marixuana, narkotik maddə hazırlamaq və inyeksiya yolu ilə qəbul etmək üçün lazım olan vasitələr, şprislər, psixatrop tərkibli dərman preparatları, 2 ədəd beşbarmaq, 1 ədəd elektron tərəzi, xeyli sayda mobil telefon, qızıl zinət əşyaları, 4 ədəd bıçaq, 4 ədəd xəncər və digər əşyalar aşkarlanaraq maddi sübut kimi götürülüb.Lənkəran şəhər rayon Polis Şöbəsinə rayonun Göyşaban kəndindəki evlərdən birində tiryəkxana saxlanması barədə məlumat daxil olub